QURBAĞA KƏCİ

(Lerik)
yosun. – Qurbağa kəci ağacda oley
QURAYÇA
QURBAĞAGÖZİ
OBASTAN VİKİ
Qurbağa
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Keks-qurbağa
Keks-qurbağa (ing. Frog cake) – qurbağı başı formasında Avstraliya deserti. Əsasən biskvit və kremdən ibarətdir. İlk dəfə Avstrayida keks-qurbağa «Balfours» şirniyyat bişirilən yerdə 1922-ci ildə bişirilmişdir. O dövrdən cənubi Avstriyanın əsas sevimli şirniyyatlarından olmuşdur. Əvvəllər keks-qurbağa yaşıl rəngdə olurdu sonradan isə qəhvəyi və çəhrayi rəngəd bişirilməyə başlanıldı. == Tarixi == 1920-ci ilin əvvəllərində Qordon Balfur (Con Balfurun bacısı oğlu, Balfours şirniyyat evinin rəhbəri) Fransaya köçür. Burada o avropalıların keks-qurbağasını görür. Balfours bundan sonra yəni 1922-ci ildən sonra öz menyularına bu şirniyyatı əlavə edir. Bu şirniyyat Balfourun əsas şirniyyatlarından birinə çevrilir və Avstraliyanın cənubuna qədər yayılır.
Qurbağa balıq
Qurbağa çoxağızlısı
Qurbağa çoxağızlısı (lat. Polystoma integerrimum)-Yastı qurdlar tipinə aid olan növ. Qurbağa çoxağızlısının uzunluğu 6-8mm, eni isə 2-4mm-dir. Bədəni uzunsov formada olub, orta hissədə bir qədər daralır və dal tərəfdən enliləşmişdir. Dal tərəfdə sahibin bədənindən yapışmağa xidmət edən və sormaclardan təşkil olunmuş disk vardır. Sormaclar 6 ədəddir və iki cərgədə simmetrik yerləşmişdir. Sormaclar disk şəkillidir və daxili orqanlarla əlaqəsi yoxdur. Hər iki dal sormacların arasında iki iri kutikulyar qarmaqcıq vardır. Bununla yanaşı, sormaclı diskdə 16 ədəd kiçik qarmaqcıqlar da vardır. Qurbağa çoxağızlısı yetkin mərhələdə qurbağanın sidik kisəsində parazitlik edir.
Qızıl qurbağa
Qızıl qurbağa (lat. Bufo periglenes), kiçik və parlaq sarıdırınçı rəngli, tropik meşələrdə olan və indiki vaxtda soyu tükəndiyi sanılan bir qurbağa növüdür. 1989 dan bəri dünyanın heç bir yerində görülməmiş və hesabat edilməmişdir və IUCN tərəfindən soyu tükənmiş olaraq təsnif etmişdir. Soyunun tükənməsinin qlobal istiləşmənin gətirdiyi iqlim dəyişməsinə və suda quruda yaşayanlar əhalisinin azalmasının dəlilidir.
Yaşıl qurbağa
Yaşıl qurbağa(lat. Hyla savignyi) — Ağac qurbağaları fəsiləsinə aid növ. Növün latın adı fransız zooloqu Sezar Savininin şərəfinə adlandırılmışdır Uzunluğu 47 mm təşkil edir. Aşağı hissəsi limon və ya qırmızı rəngdə olur. Onlara yarımsəhra və səhra ərazilərində belə rast gəlinir. Onlara insanların yaşayış məntəqələrinə yaxın ərazilərində belə rast gəlinir. Onlara 400–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Gizli həyat tərzi keçirir və uzun müddət tərpənməz qalır. Əsasən ikiqanadlılar və hörümçəklərlə qidalanır. Qışlama noyabr ayından başlayır.
Qurbağa küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.
Qurbağa öpüşü (kitab)
Qurbağa öpüşü — Ceylan Mumoğlunun 2018-ci ildə Bakıda nəşr olunmuş 2-ci kitabı. 23 sentyabr 2018-ci ildə "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib. "Qurbağa öpüşü" hekayələr toplusunda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayələrin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur. Kitab 2018-ci ildə Bakıda Parafraz Nəşrlərində 88 səhifədə çap edilib. Aydınlanma səyahəti Sona. ""Qurbağa öpüşü"ndə psixoloji mövzulara daha çox toxunmuşam" - Ceylan Mumoğlu ilə müsahibə" ( (az.)). parafr.az. 2018-09-19.
İlan-qurbağa ev
İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub. Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb. Ancaq indi onların sayı əvvəlkindən azdır. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.